Alov Qüllələrinin üstündəki xaçdırmı?

 12:57 03.05.2023     604

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Alov Qüllələrinin damında xaçın yerləşdirilməsini  əks etdirən foto paylaşılıb. Görüntü sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri ölkəmizin simvoluna çevrilən bu qüllələrin üstündə xaçın yerləşdirilməsinə "Azərbaycan müsəlman ölkəsidir, xaç işarəsi nədir?" "Müsəlmanıq xaç bizə yaraşmır" kimi şərhlərlərlə etiraz ediblər.

Redaktor.az məsələyə aydınlıq gətirmək üçün Alov Qüllələri ilə əlaqə saxlayıb.

Plazanın əməkdaşı bildirdi, ki görüntüdəki xaç işarəsi deyil:

"Bu təyyarələrə xəbərdarlıq etmək üçün quraşdırılmış işıqlandırma sistemidir. Onun dirəyindən plazanın şüşələrini təmizləyən alpinistlər istifadə edir."

Humay İsgəndərli