"Yaramaz məşqçilərin insan həyatı ilə oynamasına son qoyulmalıdır" - Xalq artisti

 13:40 03.05.2023     1353

Xalq artisti Faiq Ağayev Avropa çempionunun məşq zamanı 7 yaşlı Fəridi döyüb ölümünə səbəb olmasına münasibət bildirib. 

Redaktor.az yazır ki, Xalq artisti bu barədə feysbukda yazıb.

"Son vaxtlar məktəblərdə, uşaq evlərində, sərnişindaşıma (ictimai nəqliyyat və taksi) və idman təlimi sahələrində baş vermiş neqativ hallar bir daha təsdiqləyir ki, adıçəkilən sferalarda işə qəbul zamanı psixoloji yoxlamanın rolu danılmaz və mütləqdir. Yaramaz müəllim, məşqçi, sürücülərin insan həyatları ilə oynamaqlarına son qoyulmalıdır",- deyə müğənni statusunda qeyd edib.

Humay İsgəndərli