Nazirlər Kabineti Laçındakı sərhəd buraxılış məntəqəsi ilə bağlı QƏRAR VERDİ

 11:29 04.05.2023     889

“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Laçın dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib.