"Azəriqaz"ın "Açıq mikrofon"u Goranboyda quruldu - FOTO

Goranboy rayonunda təşkil olunan "Səyyar qəbul otağı"nda Gəncə RQİİ-nin baş mühəndisi çıxış edərək aksiyanı açıq elan edib. Qurum rəsmisi görüşdə səsləndiriləcək problem, təklif və istəklərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildirib.
SOCAR “Azəriqaz” İstehsalat Birliyindən Redaktor.az-a verilən məlumata görə, daha sonra mikrofon aksiyaya qatılan 7 sakinin ixtiyarına verilib. Müraciətlərdən biri şəhid bulağının inşası üçün qaz xəttinin yerinin dəyişdirilməsi, 2-si fərdi yaşayış evinin qazlaşdırılması, daha 1-i sayğacın yerinin dəyişdirilməsi və digərləri isə debitor borcun araşdırılmasından ibarət olub. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.