Vitse-spiker bu şəxsə ağır cəza verilməsini istədi - FOTO

 16:50 04.05.2023     664

Milli Məclisin vitse-spikeri Adil Əliyev Sumqayıtda idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan tanınmış idmançı Mehman Xəlilova ağır cəza verilməsini istəyib.

Redaktor.az xəbər verir ki, Adil Əliyev öz sosial şəbəkə hesabında bu sözləri yazıb: 

"Sumqayıtda yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölməsi hamımızı kədərləndirdi. Məşqçi tərəfindən baş verən və Fərid balanın ölməsi ilə nəticələnən hərəkəti şiddətlə qınayır, ailəsinə və yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verirəm. İdman məşqçisinin törətdiyi qəddarlıq hərəkətinə isə hüquq mühafizə orqanları və məhkəmə tərəfindən ən ağır cəza veriləcəkdir. Məşqçilik edə bilməyən, tələbəsinə övladı, əzizi kimi yanaşa bilməyən şəxslər titullarının nə olmasından asılı olmayaraq, bu fəaliyyətlə məşğul olmamalıdır".

Tunar Altunbay