Sabah Bakıya yağış yağacaq

 18:30 04.05.2023     446

Mayın 5-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Redaktor.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, şimal-qərb küləyi əsəcək:

“Havanın temperaturu 13-16 dərəcə isti olacaq. Bölgələrdə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunacaq. Havanın temperatur günorta saatlarında 15-19, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti olacaq”.