Bakıda narkotik istifadə etdiyi deyilən azyaşlının VİDEOSU

 22:37 04.05.2023     382

Bakıda metamfetamin qəbul etdiyi iddia olunan azyaşlının görüntüləri müzakirələr doğurub.

Redaktor.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yeniyetmənin özünü qəribə aparması, qeyri-ixtiyari hərəkətləri əks olunur. Şəbəkə istifadəçiləri onun məktəbli olduğunu iddia edib, davranışını isə metamfetamin qəbul etməsi ilə əlaqələndiriblər.

Görüntülərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yeniyetmə ilə əlaqədar araşdırmalara başlanıb. Komitənin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, bu məsələ ilə əlaqədar polislə birlikdə iş aparılır:

“Sosial şəbəkələrdə yayılan videogörüntü paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Artıq bununla bağlı araşdırmalar aparılır. Həmin yeniyetmənin kimliyi müəyyən edildikdən sonra, ehtiyac yaranarsa, sığınacağa da yerləşdirilə bilər. Bu barədə məlumat veriləcək”.