Rusiya Qafqazda və Kalininqradda müharibənin olacağından qorxur

 09:40 05.05.2023     505

Rusiya Qafqazda və Kalininqradda hərbi əməliyyatların başlanmasından ehtiyat edir.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, buna görə də onlar ictimai müdafiəni təşkil etmək üçün xilasedicilərin ştatını genişləndirmək qərarına gəliblər.

Uktrayna Milli Müqavimət Mərkəzinin məlumatına görə, ruslar Kalininqrad və Şimali Qafqaz rayonlarını hərbi fəallaşma təhlükəsi olan bölgələr hesab edirlər.

"İndi işğalçılar bu rayonlarda Fövqəladə Hallar Nazirliyinin xilasedici hərbi birləşmələri üçün fəal şəkildə şəxsi heyəti cəlb edir və mülki müdafiə sisteminin yerləşdirilməsi üzrə tədbirlər həyata keçirirlər. Bu səbəbdən müvəqqəti işğal olunmuş ərazilərdə də oxşar birləşmələrin cəlb edilməsində problem yaranıb. Çünki Fövqəladə Hallar Nazirliyinin əksəriyyəti onlara seçim imkanı verildikdə Kalininqrada və ya Qafqaza ezamiyyətə getməyə üstünlük verirlər”,-  deyə məlumatda bildirilir.

Tunar Altunbay