"Azəriqaz"dan abonentlərə xəbərdarlıq - Ehtiyatlı olun!

 11:31 05.05.2023     437

"Yay aylarında qazdan istifadə və avadanlıqların dəyişdirilməsi prosesində daha diqqətli olmaq lazımdır". 

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz " İB-nin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov  bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib. 

Onun sözlərinə görə, qazla əlaqədar mühüm təhlükələrin əksəriyyəti yay aylarında baş verir:

"Qış aylarında quraşdırılmış qaz sobalarının yayda otaqdan çıxarılması bir sıra təhlükələrə səbəb olur. Abonentlər avadanlıqların təmizlik işlərini, qaz cihazının sökülməsini mütəxəssislərə tapşırmalıdır. Əksər hallarda vətəndaşlar bu təmizlik işlərini özləri yerinə yetirir və məsuliyyətsizlik nəticəsində partlayış hadisələri baş verir. Bildirmək istəyirəm ki, bu kimi hallar ölümlə nəticələnə bilir. Ona görə də maksimum dərəcədə məsuliyyətli olmaq lazımdır". 

Həmidə İbrahimli