""Xaliq Faiqoğlu" şirkətinə məxsus 100-dən çox avtobus əlillər üçün əlverişli deyil" - Ekspert

 13:13 05.05.2023     245

"Əlilliyi olan şəxslər üçün "Bakı Metropoliteni" əlverişli nəqliyyat vasitəsi deyil".

Redaktor.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov mayın 5-də "Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin təşkilatçılığı ilə "Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və prespektivlər" mövzusuna həsr edilmiş tədbir zamanı deyib.

O qeyd edib ki, "Bakı Metropoliteni"nin elə stanstiyaları var ki, əlil şəxslər əlavə kömək olmadan metrodan istifadə edə bilmir.

""Xaliq Faiqoğlu" şirkətinə məxsus 100-dən çox avtobus da əlillər üçün əlverişli deyil",-deyə Ə.Hüseynov vurğulayıb

Ekspert vurğulayıb ki, qazilərin idarə etdiyi nəqliyyat vasitələrinin sığorta olunması məsələsi də var ki, bu, həm onların özlərini, həm də cəmiyyəti narahat edir:

"Onlara verilən nəqliyyat vasitələri nə sığortalanır, nə də texniki baxışdan keçir. Bu zaman avtomobillərə külli miqdarda cərimələr yazılır. Problemlərlə bağlı təkliflərimizi Milli Məclisə təqdim edəcəyik. Ümid edirik ki, bununla bağlı müsbət qərar qəbul olunacaq".

Humay İSGƏNDƏRLİ