Qazilər niyə nömrəsiz maşın sürür?

 14:10 05.05.2023     293

""Qazilər nömrəsiz maşın sürür" kimi sözü eşitmək istəmirik".

Redaktor.az xəbər verir ki, bu sözləri Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyəv "Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin təşkilatçılığı ilə "Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və prespektivlər" mövzusuna həsr edilmiş tədbir zamanı söyləyib.

Onun sözlərinə görə, dövlət tərəfindən illər əvvəl bildirilib ki, qazi maşınları əlil arabısı olduğu üçün texniki baxışdan keçirilmir. 

"Daha sonra elektron maşınlar ölkəyə gətirildi və Qarabağ qazilərinin maşınları texniki baxışdan keçirildi. Sığortayla bağlı cərimələr gəlməyə başladı. İstədiyimiz odur ki, bu cərimələr ya dayandırlsın, ya da 5 il müddətindəki cərimələr silinsin. Elektron maşınlar çıxdıqdan sonra illər əvvəllin cərimələri də yazılmağa başladı. Bu cərimələrin qarşısı alınsın, Qarabağ qaziləri də maşınlarına nömrələrini taxıb istifadə etsin",-deyə təşkilat sədri bildirib.

Humay İSGƏNDƏRLİ