Gömrük orqanlarında ali xüsusi rütbə vəzifələri DƏYİŞDİ

Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı dəyişib.
Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” və “Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” siyahıdan çıxarılıb.
“Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi” sözləri “Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi” sözləri ilə əvəz edilib.