Neftin builki büdcə qiymətinə dəyişiklik edilə bilər

“2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinə dəyişiklik edilə bilər”.
Redaktor.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov informasiya agentliklərinə açıqlamasında deyib.
“Dəyişiklik edilə bilər. Hesab edirik ki, bunun üçün əsaslar var”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan götürülüb.