Antikorrupsiya bu rayonun icra hakimiyyətində YOXLAMALARA BAŞLADI

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb.
Redaktor.az Bizim.media-ya istinadən xəbər verir ki, icra hakimiyyətinin maliyyə məsələləri ilə bağlı araşdırma aparılır.
Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov Bizim.Media-nın yerli bürosuna açıqlamasında qurumda yoxlama aparıldığını təsdiqləsə də, yoxlama aparan qurumun adını açıqlamayıb.
Qeyd edək ki, Şabran rayonunun icra başçısı Asif Hüseynovdur.