Məhəmməd Əmin Rəsulzadənin nəvəsinin ölüm anı - Nadir kadrlar

 12:21 06.05.2023     1742

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Ramiz Rəsulzadənin ölüm anının görüntüsü yayılıb.

Redaktor.az xəbər verir ki, videonu rejissor Tahir Tahiroviç lentə alınıb. 2000-ci ildə çəkilən videoya rejissor belə şərh verib:

"Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Ramiz Rəsulzadə ilə dostluq edirdim. Bir gün zəng gəldi ki, Ramz bəy yolda hüşunu itirib, yıxılıb. Kameramı götürüb xəstəxanaya getdim. Təxminən 3 saat sonra vəfat etdi. Həmin anları nə qədər acı olsada, lentə ala bildim. Ruhun şad olsun. 2000-ci ilin xatirəsi".

Dosent Zaur Əliyev də bununla bağlı paylaşım edib:

"1942-ci ildə Qazaxıstanda doğulub. Onun da taleyi şəcərənin əksər üzvləri kimi kədərli olur. Repressiyadan vətənə, Naxçıvana, xalası və əzizlərinin yanına dönür. Hətta xalası onun üçün elçi gedir və Ramizi evləndirir. Lakin cəmi iki il sonra 2000-ci ildə özündən sonra övlad izi qoymadan beyninə qan sızaraq dünyadan köçür. Özü də necə ölür ? Kasıbçılıq, səfalət və aclıq içində

Böyük Rəsulzadənin nəvəsi Ramizin son fotosu və onun geyindiyi ayaqqabılar.

Qul bazarında fəhləlik edib. Çox kasıb və acımasız həyat yaşayıb.

Böyük bir coğrafiyada müstəqil dövlət quran Rəsulzadənin nəvəsi belə ölməli deyildi, özü də belə şəraitdə.

Müsavatı və müsavatçılıq ideyasını yaradan Böyük adamın nəvəsi səfalət çəkəndə Müsavat partiyası hara baxırdı? Hakimiyyət hara baxırdı? Naxçıvan rəhbərliyi hara baxırdı? Azərbaycanda Rəsulzadə adı altında özlərinə ad san qazanan deputatlar harda idi?"

  Məmməd Əmin Rəsulzadənin nəvəsinin ölüm anı - İlk kadrlar -  VİDEO
Məmməd Əmin Rəsulzadənin nəvəsinin ölüm anı - İlk kadrlar -  VİDEO
Məmməd Əmin Rəsulzadənin nəvəsinin ölüm anı - İlk kadrlar -  VİDEO
Məmməd Əmin Rəsulzadənin nəvəsinin ölüm anı - İlk kadrlar -  VİDEO