Hava bu tarixdən kəskin PİŞLƏŞƏCƏK

May ayının 8-i və 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yenidən kəskin pisləşəcək.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, havanın temperaturu əvvəlki günlərə nisbətən 5-6 dərəcə aşağı düşəcək.
Mayın 8-də və 9-da paytaxtda güclü külək əsəcək.
Mayın 9-da gecə saatlarında havanın temperaturu hətta 11 dərəcəyədək enəcək.
Mayın 10-dan isək ülək kəsəcə və havanın temperaturu yenidən 3-4 dərəcə yüksələcək.