DTX-nın həbs etdiyi keçmiş nazir müavini əfv edildi

Sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov əfv edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini azadlığa buraxılacaq.