Cinsi istismara məruz qalan uşaqların sayı məlum oldu

 10:44 08.05.2023     285

Hesabat ilində müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan Respublikasının vətəndaşı, biri əcnəbi olub. (Nigeriya Federativ Respublikasının vətəndaşı                         öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilmişdir). 

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Onlardan 82-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 1-i İran İslam Respublikasına aparılmış, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb. Qurbanlardan 6-ı uşaq (hamısı qadın, cinsi istismar), 16-ı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub.