Azərbaycandakı sürət qatarlarında niyə Wi-Fi yoxdur?

Azərbaycanda sürət qatarlarında simsiz internetin (Wi-Fi) olmaması uzun müddətdir ki, sərnişinlərin narazılığı ilə qarşılanır. Bakı-Sumqayıt-Bakı, bunun ardınca açılan Bakı-Gəncə-Bakı sürət qatarlarında Wi-Fi olacağı söz verilsə də, illərdir verilən sözə əməl edilmir. Hazırda isə nə Bakı-Sumqayıt-Bakı, nə Bakı-Ağstafa-Bakı, nə də Bakı-Qəbələ-Bakı qatarlarında Wi-Fi şəbəkəsi var.
Məsələ ilə bağlı Redaktor.az “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu göndərdi.
Sorğumuza cavab olaraq bildirildi ki, problemin həll olunması üçün danışıqlar aparılır.
"Sərnişin qatarlarında davamlı və keyfiyyətli Wi-Fi şəbəkəsinin bərpası ilə bağlı hazırda istehsalçı şirkət və yerli mobil operatorlarla danışıqlar aparılır. Nəticələr barəsində ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə qurumun açıqlamasında qeyd olunub.
Həmidə İbrahimli