"Əminik ki, əfv olunan şəxslər keçmiş əməllərini davam etdirməyəcək" - Deputat

 13:44 08.05.2023     598

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

Milli Məclisin deputatı Aydın Hüseynov dövlət başçısının sərəncamı ilə bağlı fikirlərini Redaktor.az-la bölüşüb.

O, bildirdi ki, bu, ölkə liderinin humanist prinsiplərindən irəli gələn addımdır:

"Müstəqillik dövrümüzdəki ən böyük əfvlərdən biri və birincisidir. Cəmiyyətdə həmişə sağlam mühit formalaşmalıdır. Əminik ki, əfv olunan şəxslər ölkə başçısının bu yanaşmasını düzgün dəyərləndirəcək, keçmiş əməllərini davam etdirməyəcək. Bu da cəmiyyətdə humanist fikirlərin formalaşmasına təsir edir. Əfv sərəncamı ilə bağlı bu addımı yüksək qiymətləndirirəm. Prezident İlham Əliyevin hər zaman qətiyyətini, prinsipiallığını görmüşük".

Humay İSGƏNDƏRLİ