"Ulu öndərin 100 illiyi ilə bağlı növbəti əfv sərəncamı da imzalanacaq" - Naqif Həmzəyev

 14:08 08.05.2023     497

"Bilirdik ki, Əfv Komissiyası əfv olunacaq şəxslərlə bağlı iş aparır, araşdırlmalar edir. Şükürlər olsun ki, xeyli sayda insana şamil olundu. Hazırda çox sayda şəxs və ailələr sevinir".

Bunu Redaktor.az-a deputat Naqif Həmzəyev bu gün Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı barədə danışarkən dedi.

"İnanıram ki, ulu öndərin 100 illiyi ilə bağlı növbəti əfv sərəncamı da imzalanacaq. Həmin əfv sərəncamının isə bu ilin sonunda imzalanması ilə bağlı ehtimal var. Bu əfv sərəncamı nəticəsində azadlığa çıxmış və məhkumluq müddəti azaldılmış şəxslər qərarı düzgün dəyərləndirməlidirlər. Onlar cəmiyyətdə islah olunduqlarını sübut edəcəklər. Cəmiyyətin digər nümayəndələri də azadlığın nə qədər şirin olduğunu görəcəklər. Bacardığımız qədər çalışmalıyıq ki, az cinayət baş verən ölkədə yaşaya bilməyimiz üçün əlimizdən gələni edək. Sərəncama düşmüş şəxsləri və ailələri təbrik edirəm, həyatlarında uğurlar arzulayıram. Cənab prezidentin humanistliyi səbəbindən bu qəbildən növbəti işlər aparılacağına inanırıq", - deyə o, bildirdi.

Humay İSGƏNDƏRLİ