"Əfvlə bağlı humanist aksiyanın davam etdirilməsi gözlənilir" - Fazil Mustafa

 14:26 08.05.2023     529

"Bu, müstəqillik tariximizdə ən böyük əfv sərəncamıdır. 801 nəfər əfv olunub".

Bunu Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı barədə danışarkən bildirdi.

Millət vəkili qeyd etdi ki, Prezident yanında Əfv Komissiyasının üzvü kimi iclasların yarıdan çoxunda iştirak edib.

"Bu məsələ demokratik mühitdə müzakirə olunub. Samir Nuriyevin rəhbərliyi altında Əfv Komissyasının bütün üzvləri saatlarla müzakirə aparıblar. Yekun nəticə sevindirici oldu ki, xeyli insan ümummilli liderin 100 illiyi ərəfəsində əfv olundu. Çox sayda ailə bu addımdan məmnun qaldılar. Əfvə düşməyən insanların müraciət etmək hüququ var. Bunlara da baxılıb humanist aksiyanın davam etdirilməsi gözlənilir. Ümid edək ki, onlar da gələcəkdə bu addımdan yararlanacaqlar. Vacib bir addım idi, Heydər Əliyevin 100 illiyi tarixi gündür. Bununla bağlı əfv sərəncamının olması anlamlı addımdır" -  deyə Fazil Mustafa vurğuladı.

Humay İSGƏNDƏRLİ