Şagirdlər Heydər Əliyevin 100 illik yubileyini qeyd etdilər - FOTO

 17:01 10.05.2023     341

Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi Bakı şəhəri 49 saylı məktəb-liseydə də qeyd olunub.

Redaktor.az xəbər verir ki, 4ç sinfində dahi şəxsiyyətin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar sinif rəhbəri Aytən Cəfərova tərəfindən tədbir keçirilib.

Tədbirdə Heydər Əliyevin şərəfli ömür yoluna və fəaliyyətinə nəzər salınıb. Şagirdlər ümummilli liderə həsr edilmiş divar qəzetini nümayiş etdirib, şeirlər və musiqilər səsləndiriblər.

Arzu İSMAYIL

2222222222