SOCAR “Azəriqaz” İB-nin Zaqatala RQİİ ilin ən yaxşı müəssisələri sırasında

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə 2022-ci ildə keçirilən respublika müsabiqəsinin nəticələrini açıqlayıb. Qeyd edilən nominasiya üzrə SOCAR “Azəriqaz” İB-nin Zaqatala RQİİ qaliblər sırasında yer alıb.
Redaktor.az xəbər verir ki, bu münasibətlə AHİK tərəfindən Zaqatala RQİİ-nin kollektivi mükafatlandırılıb.
Qeyd edək ki, qeyd edilən nominasiya üzrə müsabiqədə 22 min müəssisə və təşkilat iştirak edib. Bunlardan 48-i qalib gəlib. Qaliblər sırasında SOCAR “Azəriqaz” İB-nin Zaqatala RQİİ 1-ci yerə layiq görülüb.