Nazir qadın polisə rütbə verib vəzifəyə təyin etdi

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə inspektor təyin edilib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə müvafiq olaraq Çimnaz Nəcəfovaya "polis leytenantı" xüsusi rütbəsi verilib.
Azərbaycan DİN-in mətbuat xidməti məlumatı təsdiqləyib.