Salyanda güclü külək ağacları aşırdı - FOTO

Güclü gülək Salyanda fəsadlar törədib.
Redaktor.az APA-ya istinadla bildirir ki, Salyanda 15 dəqiqə ərzində əsən güclü külək bir sıra fəsadlar törədib. Baş verən təbii fəlakət zamanı 10-a qədər iri gövdəli ağac kökündən çıxıb. Elektrik xəttinin qırılması nəticəsində şəhərin bir qisminə elektrik enerjisinin verilməsi dayanıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.