Külək yaşayış binasının dam örtüyünü uçurdu

 23:42 13.05.2023     1380

Salyanda güclü külək yaşayış binasının dam örtüyünü uçurub.

Redaktor.az xəbər verir ki, əsən güclü külək rayonun Qalalı kəndində bir sıra fəsadlar törədib.

Belə ki, bir neçə dəqiqə davam edən güclü külək kənddə inşa olunmuş beşmərtəbəli yaşayış binaların birində dam örtüyünü uçurub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Salyan Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna verilən məlumata görə, hazırda təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə həmin ərazidə aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülür.