"Azəriqaz" "Açıq mikrofon"u bu rayonlarda da QURULACAQ

 10:31 15.05.2023     499

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir.

Redaktor.az xəbər verir ki, aksiya 16 may saat 14:00-dan 15:00-dək Göygöl rayonunda (Mollacəlilli kəndi), 17 may saat 12:00-dan 13:00-dək Qusar rayonunda (Avaran kəndi), 18 may saat 11:00-dan 12:00-dək  isə Quba rayonunda (Qacar Zeyid kəndi ) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz #problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.