Hesablama Palatası Naxçıvanda yoxlamalara BAŞLADI
Azərbaycan Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində yoxlamalara başlayıb.
Redaktor.az xəbər bildirir ki, bu barədə qurumdakı mənbə məlumat verib.
Bildirilir ki, yoxlamalar çərçivəsində Xidmətin ötən illər ərzində cari və investisiya xərclərin monitorinqi aparılır.
Yoxlamalar ümumilikdə iki həftə davam edəcək (report).