Yağıntılı hava şəraitinin nə vaxta kimi davam edəcəyi AÇIQLANDI

 16:24 15.05.2023     499

Bakıda və Abşeron yarımadasında axşama doğru şimal-qərb küləyi mülayimləşəcək, yağıntı tədricən kəsiləcək.

Redaktor.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, Bakıda və Abşeron yarımadasında bu gün axşam 11 dərəcə isti olacağı proqnozlaşdırılıb:

“Mayın 16-17-də Bakıda nisbətən mülayim şimal-qərb, cənub küləkləri əsəcək. Temperatur bu gün ilə müqayisədə bir qədər yüksələrək gündüz 14-19 dərəcə isti olacaq. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir”.

Bölgələrdə qeyri-sabit yağıntılı hava şəraitinə gəldikdə isə o deyib ki, mayın 16-sı gündüz saatlarına qədər davam edəcək.

"Sonrakı günlərdə əsasən yağmursuz olacağı gözlənilsə də, mayın 17-18-də gündüz saatlarında yenidən yağıntılı hava şəraitinin olacağı proqnozlaşdırılır”, - deyə o qeyd edib.