Milli Məclisin Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçirilir

 11:00 16.05.2023     401

Milli Məclisin xüsusi iclası başlayıb.

Redaktor.az xəbər verir ki, Sahibə Qafarovanın sədrlik etdiyi iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Toplantıda 12 ölkənin parlament sədri, 10 ölkənin parlament sədrinin müavini, 6 ölkənin parlament üzvləri, beynəlxalq parlament təşkilatlarından isə 4 nümayəndə iştirak edir.

Tədbir iştirakçıları ilk olaraq parlamentin foyesində Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən sərgiyə baxış keçiriblər.