Vasif Talıbovun oğlu deputat həmkarlarına salam vermədi - VİDEO

 11:58 16.05.2023     319

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.

Redaktor.az xəbər verir ki, sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, "Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş Seymur Talıbov da iştirak edir.

Maraqlıdır ki, Seymur Talıbov iclasa gedərkən Ali Məclisin qarşısında deputat həmkarlarına salam vermədən keçib. 

Bu barədə APA-nın görüntülərini təqdim edirik: