Banka 200 min qoyan əcnəbi Azərbaycanda daimi yaşayacaq

 16:07 16.05.2023     988

Banklarda ən azı 200 min manat depozitə sahib olan əcnəbilər Azərbaycanda daimi yaşaya biləcəklər.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır.