Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mayın 17-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.