Bu rayonda qaz kəsiləcək

Bu gün Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Redaktor.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat veriıib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi QPS qolu” qaz kəmərində siyirtmənin quraşdırılması ilə bağlı mayın 17-də saat 10:00-dan təmir işləri başa çatanadək "Ağcabədi" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.