Şuşa Qoruğuna icraçı direktor təyin olundu

 11:38 17.05.2023     426

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində (ŞŞDQİ) yeni təyinat olub.

Qoruqdan Redaktor.az-a bildirilib ki, təyinatla bağlı qərar Müşahidə Şurasının növbəti rüblük iclasında verilib.

Müşahidə Şurasının yekdil qərarına əsasən, Tural Novruzov İcraçı direktor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, T.Novruzov bundan əvvəl Qoruğun icraçı direktor səlahiyyətlərini icra edib, həmçinin icraçı direktorun müavini olub.