Naxçıvanda ərzaq məhsullarının qiyməti dəyişdi

 11:56 17.05.2023     416

Naxçıvanda qapalı və sosialyönlü dövlət müəssisələrinə alınması nəzərdə tutulan ərzaq məhsullarının qiyməti yenidən müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Qapalı və sosialyönlü dövlət müəssisələri üçün dövlət büdcəsinin vəsaiti hesabına alınan ərzaq məhsullarının qiymətlərinin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilib.

Dəyişikliyə görə, taxıl, un məhsulları və paxlalılar, meyvə və tərəvəzlər, süd və süd məhsulları, yağlar, ət və balıq məhsulları,qənnadı məmulatları, ədviyyatlar və digər ərzaq məhsullarının qiymətləri yeni redaksiyada verilib (report).