Naxçıvanda aparılan tikinti işləri ilə bağlı komissiya YARADILDI

 12:21 17.05.2023     480

Naxçıvan Muxtar Respublikasında ötən il aparılan tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsi üçün komissiya yaradılıb.

Redaktor.az xəbər verir ki, bu barədə muxtar respublikanın Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilən lakin dəyəri ödənilməyən tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi üçün müvafiq arayışın hazırlanıb təqdim edilməsi məqsədilə komissiya yaradılıb.

Nazirlər Kabinetinin digər bir qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma, poçt-baqaj, yük-baqaj və yükdaşıma xidmətlərinin tarifləri və dəmir yolu nəqliyyatından istifadəyə görə yığımların təsdiq edilməsi haqqında” qərarı “Naxçıvan Dəmir Yolları” MMC-nin müraciətinə əsasən ləğv edilib.