Şahin Bağırov Səlim Müslümovun rəis qohumunu işdən çıxardı

 13:38 17.05.2023     491

Gömrük Komitəsinin idarə rəisi vəzifəsindən azad olunub. 

Redaktor.az qaynarinfo-ya istinadla əldə etdiyi məlumata görə, Komitə sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə qurumun Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik Fuad Əlizadə işdən çıxarılıb.

Xatırladaq ki, Fuad Əlizadə bu vəzifəyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vıəzifəsində çalışıb. O, həm də keçmiş nazir Səlim Müslümovun yaxın qohumudur. Fuad Əlizadə Kəmaləddin Heydərovun vaxtında, 2000-2002-ci ildə DGK sədrinin müavini vəzifəsini də tutub.

O, 2018-ci ilin noyabr ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin müvafiq əmri ilə Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin edilib.