Nikah sayı azalıb, boşanmalar artıb

 18:30 17.05.2023     282

Azərbaycanda bu ilin birinci rübü üçün nikah və boşanmaların sayı açıqlanıb.

Redaktor.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11870 nikah və 5118 boşanma halları qeydə alınıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,7- yə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,0-a qədər artıb.