Üç ayda Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlandı

 18:17 17.05.2023     275

Bu ilin ilk üç ayında ölkədə 902 əkiz, 54 üçəm doğulub.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 27753 doğulan körpə qeydə alınmış və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 11,1-ə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.

Doğulan körpələrdən 902-si əkiz, 54-ü üçəm olub.