Paşiyanın oğlunu belə oğurlamaq istədilər -  VİDEO

 20:21 17.05.2023     907

Ermənistan Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhdinin görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, videoda Aşot Paşinyanın avtomobildən özünü atdığı görünür.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı (adam oğurluğu maddəsi) cinayət işi açıb.

Aşot Paşinyanı oğurlamaqda ittiham edilən “Oğulların çağırışı” adlı qeyri-hökumət təşkilatı da hadisə ilə bağlı məlumat yayıb. Təşkiların üzvü, 44 günlük müharibədə ölən erməni hərbçisinin atası Qarik Qaleyan adam oğurluğu cəhdinin olmadığını bildirib. O qeyd edib ki, müharibədə ölən digər hərbçilərin valideynləri ilə hərəkətdə olarkən küçədə Paşinyanın oğlunu görüblər.

Erməni hərbçilərdən birinin anası ona Yerablur hərbi panteonuna getməyi və "atası və anasının nə etdiyini" görməyi təklif edib. "Aşot Paşinyan özü maşına minib, ona heç kim toxunmayıb",- Qaleyan deyib.