Lənkəran sahibkarları “Açıq mikrofon”da müraciətlərini ünvanladı - FOTO

 22:47 17.05.2023     324

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Lənkəran şəhərində baş tutub.

Redaktor.az xəbər verir ki, Liman şəhərinin aksiyaya qatılan sahibkarlarından 4-ü qaz sayğacının yenisi ilə əvəzlənməsini, bir nəfəri isə debitor borcun araşdırılmasını xahiş edib. Digər müraciətlər isə qaz sayğacı və qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.

Sahibkarların aksiyada ünvanladığı hər bir müraciət Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilərək qeydiyyata alınıb.