Goranboyda zəlzələ oldu

Goranboyda 3,1 maqnitudalı zəlzələ olub.
Bu barədə Redaktor.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Yerli vaxtla saat 07:22-də Gəncə stansiyasından 34 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.