Azərbaycanda qaza təlabat azalıb

 11:30 19.05.2023     366

"Havanın dəyişkən keçməsi ilə əlaqədar olaraq qazın qəbulunda fərqlilik yaranıb. SOCAR "Azəriqaz" İB üzrə 18 may 2023-cü il tarixindən  respublika ərazisini əhatə etməklə operativ məlumata əsasən ümumi sutkalıq  təbii qazın qəbulu 13 milyon 431 min kubmetr təşkil edib".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib. 

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadası üzrə qəbul 9 milyon 249 min kubmetr təşkil edib:

"Regionlar üzrə isə bu rəqəm 4 milyon 182 kubmetr təşkil edib. Sutka ərzində ümumi qəbulun 69 faizi Bakı və Abşeron yarımadası, 31 faizi isə regionların payına düşür".

Həmidə İbrahimli