"Azəriqaz"a müraciətlər kəskin azalıb
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin 5 ayı ərzində "Azəriqaz"a 27946 az müraciət daxil olub. 2023-cü ildə qaz təzyiqi, qaz təchizatı ilə bağlı 10638 müraciət az daxil olub".
Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının 104 xidmətinin rəhbəri Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, qaz sızmaları ilə bağlı müraciətlər azalıb:
"Sayğaclarla bağlı 6620, məlumat xarakterli 10364 müraciət az daxil olub. Bütün bunlar onun nəticəsidir ki, maarifləndirmə, yenidənqurma işləri aparılır".
Həmidə İbrahimli