Dövlət Su Ehtiyatları Agentliyinin sədri Xaçmazda qəbul keçirdi - FOTO

 18:00 19.05.2023     347

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xaçmaz sukanal sahəsinin inzibati binasında Xaçmaz, Şabran və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Redaktor.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, uzun müddət işlənmiş subartezian quyularının təmiri və bərpası, şəxsi təsərrüfatlarda olan subartezian quyularının balansa götürülməsi, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.

222222