İribuynuzlu heyvanların hesabına bioqaz əldə edilə bilər

 19:59 19.05.2023     400

Azərbaycanda iribuynuzlu heyvanların ifrazatlarından bioqaz enerjisinin alınması ilə bağlı layihə hazırlanıb və Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.

Redaktor.az xəbər verir ki, bunu “Report”a nazirliyin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.

“Mal-qaradan bioqaz enerjisinin alınması geniş tətbiq edilir. Bu istiqamətdə nazirliyə layihə təqdim etmişik, nəticələrini gözləyirik. İribuynuzlu maldarlıqda peyinin yığılması nəticəsində metan qazının alınması və bunun əhaliyə təqdim edilməsi nəzərdə tutulur”, - deyə o vurğulayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il yanvarın 1-i vəziyyətinə ölkədə 7 772,1 min baş qoyun və keçi, 2 628,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1288,7 min baş inək və camış olub.