“Açıq mikrofon” daha 4 rayonda keçiriləcək

 14:00 20.05.2023     444

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.

Redaktor.az xəbər verir ki, növbəti həftə (22 və 24-26 may tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı), 3-cü günü Şəki rayonunda (Əliyar kəndi), 4-cü günü Balakən rayonunda (Heydər Əliyev Mərkəzi), 5-ci günü Zaqatala rayonunda (Mədəniyyət Evi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

aciq-mikrofon-daha-4-rayonda-kecirilecek