Qənirə Paşayeva onlarla bağlı rəhbər şəxslərə zəng etdi - FOTO

 14:36 20.05.2023     555

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vətəndaş qəbulu günündə bir sıra görüşlər keçirib.

Redaktor.az xəbər verir ki, o, Milli Məclisdə növbəti vətəndaş qəbulu günündə şəhid Qəzənfər Mütəllimovun xanımı Zöhrə Mütəllimova, qazi Yaşar Bağırov, qazi Kamil Həmidzadə, müxtəlif mövzularda müraciət etmiş mədəniyyət işçiləri - Ceyhun İbrahimov, Zərqələm Əliyeva, Vüsal Hüseynov ilə görüşüb.

Görüş iştirakçıları öz qayğılarını komitə sədri ilə bölüşüb. Qənirə Paşayeva onların qaldırdığı məsələlərlə bağlı aidiyyatı dövlət qurumlarının rəhbər şəxsləri ilə telefon əlaqəsi yaradıb, müvafiq köməkliyin göstərilməsini xahiş edib.

2